• $
  • €
  • ₽
  • ₺
  • £

Hökumət Neft Fondundan büdcəyə transfertləri azaldır

Hökumət Neft Fondundan büdcəyə transfertləri azaldır
14.07.2015 15:00
İnflyasiya və məzənnə hədəflərinə xələl gətirməyən səviyyələrdə pul-kredit siyasəti yumşaldılacaq

Azərbaycanın 2016-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinə başlanılıb. Büdcə layihələri ölkədaxili və xaricdəki makroiqtisadi mühitin və çağırışların təhlili əsasında, ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və hədəfləri rəhbər tutulmaqla hazırlanır. "Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib.

"Bu zaman, büdcə gəlirlərinin proqnozları hazırlanarkən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması və Fondun aktivlərinin mümkün qədər yüksək səviyyədə saxlanılması hədəflənir. Digər tərəfdən, büdcə xərclərinin səmərəliliyini daha da artırmaqla əsas sosial vəzifələrin təmin edilməsinə, regionların tarazlı inkişafının davam etdirilməsinə, dövlətin müdafiə potensialının və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının dəstəklənməsinə diqqət yetirilir", - deyə nazir qeyd edib.

Onun szölərinə görə, inflyasiya və məzənnə hədəflərinə xələl gətirməyən səviyyələrdə pul-kredit siyasətinin yumşaldılması və iqtisadiyyatın real sektoruna kredit dəstəyinin artırılması, maliyyə-bank sisteminin dayanıqlığının möhkəmləndirilməsi, ipoteka kreditləşməsinə ölkə əhalisinin çıxışının genişləndirilməsi kimi tədbirlərin keçirilməsi nəzərdə tutulur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol