• $
  • €
  • ₽
  • ₺
  • £

“Dağlıq Qarabağ münaqişəsinin iştirakçıları sülhə sadiq olduqlarını təsdiqləməlidir”

“Dağlıq Qarabağ münaqişəsinin iştirakçıları sülhə sadiq olduqlarını təsdiqləməlidir”
16.07.2015 15:11
"Həllə nail olmaq üçün tərəflərin bir sıra məsələlər üzrə çətin seçim etməsi lazım gələcək, bu, asan deyil”

"Dağlıq Qarabağ münaqişəsi iştirakçılarının məsələnin sülh yolu ilə həllində tərəqqi əldə edilməsinə bağlılıqlarını təsdiqləmələri vacibdir”.

APA-nın "News.am” saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Rubin Brukinqs İnstitutunda çıxışında deyib.

E. Rubin bildirib ki, münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur: "Biz bu məsələyə ədalətli, dinc, uzunmüddətli, qarşılıqlı faydalı qərarın əldə edilməsi mövqeyindən yanaşırıq. Məsələyə hamının məhz bu mövqedən yanaşması lazımdır, digər alternativlər isə o qədər dəhşətlidir ki, onları heç nəzərdən keçirməyə dəyməz”.

Amerikalı diplomat qeyd edib ki, nə qədər asan olmasa da, ABŞ tərəflərin sülhə bağlılıqlarını təsdiqləməsinə ümid edir: "Bu, sadə deyil: nizamlanmaya nail olmaq üçün tərəflərin bir sıra məsələlər üzrə çətin seçim etməsi lazım gələcək, elə ona görə də hələ razılıq əldə olunmayıb”.

E. Rubinin sözlərinə görə, ABŞ digər iki həmsədr – Rusiya və Fransa ilə birlikdə Dağlıq Qarabağ məsələsini həllinə hər cür dəstək verəcək: "Biz birmənalı şəkildə bəyan edirik ki, vəziyyəti gərginləşdirməmək üçün hər iki tərəf mümkün olan hər şeyi etməlidir. Hazırkı gərgin və təhlükəli durumda insidentlərdən qaçmaq kritik önəmə sahibdir”. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol