Polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub

10:36 | 15.07.2020
Polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub

Polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub

Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunublar.  

Anews.az xəbər verir ki, generalın və polkovnikin cənazələri bu gün səhər saatlarında II Şəhidlər Xiyabanında gətirilib.

Qeyd edək ki, iyulun 13-dən 14-ə keçən gecə düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Həmin ərazidə baş verən şiddətli döyüşlər zamanı şəhid olan Azərbaycan Ordusunun general-mayoru, 1975-ci il təvəllüdlü Polad Həşimovun nəşi dünən doğulduğu Qəbələ rayonuna aparılıb, oradan isə Sumqayıta gətirilib, İlqar Mirzəyevin cənazəsi isə Bakıya gətirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb