Polşanın Lyublin şəhərində Yagellan yarmarkası REPORTAJ

13:04 | 18.08.2015
Polşanın Lyublin şəhərində Yagellan yarmarkası – REPORTAJ

Polşanın Lyublin şəhərində Yagellan yarmarkası REPORTAJ

Rüstəm Qasımov

14-16 avqust tarixlərində Polşanın Lyublin şəhərində ənənəvi Yagellan yarmarkası keçirildi, bu bayram Mərkəzi Avropanın ən parlaq ənənəvi festivallarından biri hesab edilir. 
 


Yagellan yarmarkası şəhərin köhnə hissəsində keçirilir və bu bayram Avropada ən multikultural nöqtələrindən birinin yaranmasına səbəb olub, bunun sayəsindədir ki, Lyublin Polşanın ən zəngin şəhərlərindən biridir. Bistritsi çayının sahilində yerləşən bu qədim polyak şəhəri özündə həm də Böyük Kazimir və Kazimir Yagellanın xatirəsini daşımaqla qapılarını keçmişə açır. XV-XVI əsrlərdə Avropanın bu küncündə  keçirilən yarmarkalar bütün dünyada məşhurlaşmışdı. Lyublin həmin dövrdə böyük ticarət mərkəziydi və macar şərabı, Ukrayna buğdası, ustaların məmulatları və s. kimi məhsullar burada dövr edirdi. 
 


Hətta bu gün də Lyublin strateji əhəmiyyət daşıyır və Avropa Birliyini Şərqə Avropayla birləşdirmək kimi vacib əhəmiyyətli funksiyanı yerinə yetirir. 2007-ci ildən etibarən Köhnə şəhərdə yenidən yarmarkalar keçirilməyə başladı və "Yagellan” adlanmağa başladı. Əvvəllər yarmarkaya təkcə tacirlər deyil, rəssamlar, şairlər, musiqiçilər, janqlyorlar, hətta akrobatlar gəlirdi. İllər keçdi, ancaq ənənələr qaldı və bu gün yarmarkadakı əhali arasında ekzotik mallar almaq istəyənlər, yarmarkaya macəra dalınca gələnlər və vaxt keçirməyə gələnlər də var. 
 



Lyublinin orta əsr künc-bucağı qələbəliklə elə dolub daşır ki, iynə atsan yerə düşməz. Hər yerdə insan kütləsi olur. Yagellan yarmarkası təkcə yerli sakinlər üçün deyil, həmçinin qonaqlar üçün böyük bayramdır. 
 


Yarmarkada Polşa, Ukrayna, Belarus, Slovakiya, Litva, Rusiya, Gürcüstan və digər ölkələrdən gələn ustalar öz orijinal əl işlərini sərgiləyirlər. Yagellan yarmarkası dünyanın müxtəlif ölkələrinin mədəniyyətlərinin qovuşma nöqtəsinə çevrilir, burada dinclik, dostluq və harmoniya hökm sürür. Yarmarkada saxsı məmulatlar diqqət mərkəzində olur. Gözəl və cəlbedici saxsı qablar, bardaqlar, müxtəlif cür ev avadanlıqları yarmarka iştirakçılarının diqqətini cəlb edir. 
 


 Müxtəlif böyüklükdə olan taxtadan hazırlanmış çəlləklər də çox maraqlıdır. 
 


Piştaxtalarda milli oyuncaqları, Mərkəzi və Şərqi Avropanın müxtəlif nöqtələrindən gətirilmiş ərzaq məhsullarını görmək mümkündür. 
 






 
Festivalın simvollarından olan iki metr hündürlüyündəki toyuq heykəlinin adını çəkmədən olmaz, onun ətrafında həmişə insan kütləsi var. 
 

 
Yarmarka iştirakçıları burada darıxmağa imkan tapmırlar. Küçə musiqiçilərinin alətlərdə ifa etdiyi gözəl nömrələr insanlara zövq bəxş edir. 
 


Hörmə at qonaqların marağına səbəb olurdu, ürəyi istəyən adam ona minə bilərdi. 
 


Yarmarka piştaxtalarında ustaların, rəssamların, toxucuların, heykəltaraşların, nəqqaşların, krujevaçıların, saxsıçıların və digər peşə sahiblərinin işlərini görmək mümkündür. 
 


Yeri gəlmişkən, yarmarka zamanı şəhərə tematik ekskursiyalar təşkil edilir, məsələn, Lublindəki yəhudi məkanlarına gəzinti.   

Bir sözlə, polyak yarmarkasında qeyri-adi atmosfer, dostluq, sevgi və qarşılıqlı anlayış hökm sürür. 

Yagellan yarmarkasından bizim üçün fotosessiya hazırlayan əziz daimi oxucumuz Tereza Malekə öz təşəkkürümüzü bildiririk. 

Mədəniyyət, elm, təhsil və maarifçiliyi təbliğ edən ANN.Az xəbər portalı oxucularını təkcə Azərbaycanın deyil, dünyanın bir sıra xarici ölkələrinin mədəniyyəti və incəsənəti ilə tanış etməkdə davam edir. 

Xoş seyrlər: 
 








































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti