Poroşenko Türkiyəyə çox vacib səfər edəcəyini açıqladı

21:50 | 03.03.2016
Poroşenko Türkiyəyə çox vacib səfər edəcəyini açıqladı

Poroşenko Türkiyəyə çox vacib səfər edəcəyini açıqladı

Ukrayna prezidenti Pyotr Poroşenko martın 9-10-da Türkiyədə rəsmi səfərdə olacaq.

APA-nın "censor.net” saytına istinadən verdiyi xəbərə görə, P. Poroşenko bunu Kiyevdə Taras Şevçenko adına Ukrayna Milli Mükafatının təqdimat mərasimində deyib. "Beynəlxalq hadisələrin qrafiki belə alınıb ki, mən məhz Şevçenko Günlərində Türkiyəyə rəsmi səfərə yollanıram. Sizlər kifayət qədər siyasi biliyə maliksiniz və bu səfərin nə qədər önəmli olduğunu anlayırsınız. Rəcəb Ərdoğanla görüş, müdafiə qabiliyyətimizin möhkəmlənməsi və siyasi-iqtisadi ittifaq xarakterli məsələlərdən söhbət gedir”, - deyə o, söyləyib.

 
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM