Kadırov anası ilə birgə "ləzginka" oynadı - VİDEO

10:14 | 19.09.2016
Kadırov anası ilə birgə

Kadırov anası ilə birgə "ləzginka" oynadı - VİDEO

Yerli sakinlər və jurnalistlər Kadırovu alqışlayıblar

ANN.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov anadan olduğu Çentroy kəndində səs verdikdən sonra anası Aymani Mesiyeva ilə ləzginka rəqsini oynayıb. 

Yayılan videolardan görünür ki, yerli sakinlər və jurnalistlər Kadırovu alqışlayıb və ona dəstək veriblər.

Ramzan Kadırov Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının üçüncü dövlət başçısıdır.

Ramzan Əhmədoğlu Kadırov 5 Oktyabr 1976,Çeçenistanının Tsentoroi şəhərində anadan olub. Çeçenistan , Rusiya Federasiyasına bağlı Çeçen Respublikasının üçüncü dövlət başçısı. Çeçenistan Respublikasının ikinci dövlət başçısı Əli Əhmədovun ölümündən sonra Vladimir Putinin dəstəyi ilə Çeçenistan Respublikası dövlət başçısı olmuşdur. Dövlət başçısı olmadan əvvəl baş nazirlik vəzifəsini də etmişdir. Birinci Rus - Çeçen müharibəsində atası Əhməd Kadırov ilə ruslara qarşı müqavimət göstərmiş, İkinci Rus - Çeçen müharibəsində isə Rusların yanında iştirak etmişdir.Bu və bu cür davranışlara görə ona, 2004-cü ildə Vladimir Putin tərəfindən Rusiya Federasiyası qəhrəmanlığı Medalı verilmişdi. 

Kadırov evlidi və beş uşaq atasıdır.

Sizə Kadırovun yeni videosunu təqdim edirik:


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM