Prezident istefaya səsləndi, matç təxirə salındı

14:23 | 31.01.2014
Prezident istefaya səsləndi, matç təxirə salındı

Prezident istefaya səsləndi, matç təxirə salındı

İspaniya kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilməsi nəzərdə tutulan "Santander" - "Real Sosyedad" matçı təxirə salınıb. Qol.Az-ın məlumatına görə, ilk görüşdə rəqibinə 1:3 hesabı ilə məğlub olan "Santander"in futbolçuları cavab matçında həmin məğlubiyyətin əvəzini çıxmaq üçün meydana çıxıblar.Lakin maaşlarını almadıqları üçün klubun prezidenti Angel Lavini istefaya səsləyən futbolçular istədikləri yerinə yetirilmədiyi üçün "Real Sosyedad"la görüşdə oynamamaq qərarı alıblar. Matçın start fitidən sonra meydanın mərkəzində çiyin-çiyinə dayanan meydan sahiblərinin futbolçuları etirazlarını davam etdiriblər.Bir müddət öz aralarında paslaşan "Real Sosyedad" klubunun futbolçuları isə daha sonra topu yan xəttdən çıxarıblar. Matçın baş hakimi "Santander"li futbolçularla söhbət edərək onları bu fikirdən daşındırmağa çalışıb. Lakin "Santander"li futbolçuların qərarını dəyişdirməyincə hakim oyunun təxirə salındığını elan edib.Qeyd edək ki, hələlik bu matçın nə zaman keçiriləcəyi hələlik bəlli deyil. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb