Prezident jurnalisti məhkəməyə verdi

09:58 | 07.04.2020
Prezident jurnalisti məhkəməyə verdi

Prezident jurnalisti məhkəməyə verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aparıcı Fatih Portakalı sosial mediada yalan və manipulyasiya xarakterli paylaşımlar etməsi səbəbiylə İstanbul Baş Prokurorluğuna şikayət edib.

"Qafqazinfo” "Hürriyət”ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğuna göndərilən ərizədə Portakalın tvitter hesabında paylaşdığı ifadələrlə Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə Türkiyə Cinayət Məcəlləsinin 299/1-2 nömrəli maddəsinə əsasən, barəsində istintaq aparılması və cinayət məsuliyyətinə cəlb olunması tələb olunub.

Qeyd edək ki, aparıcı Fatih Portakal öz tvitter hesabında Türkiyə Prezidentinin koronavirusla mübarizə çərçivəsində başlatdığı yardım kampaniyasına dair bir sıra tənqidi paylaşımlar etmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM