Prezident müsahibə vermədiyinə görə məhkəməyə verildi

16:19 | 23.04.2014
Prezident müsahibə vermədiyinə görə məhkəməyə verildi

Prezident müsahibə vermədiyinə görə məhkəməyə verildi

Moldova prezidenti Nikolae Timofti məhkəməyə verilib

ANNET.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, prezidenti məhəkəməyə verən internet-nəşrlərdən biridir, sayt prezidenti jurnalistlərin işinə əngəl törətməkdə ittiham edir. 

İnternet portalın baş redaktoru Vasile Nestase bildirib ki, yarım il əvvəl müsahibə verməsi üçün prezidentə müraciət edib. O, hüquq, korrupsiya ilə mübarizə və Avropaya inteqrasiya barədə prezidentə suallar verməyi planlaşdırıb. Ancaq müsahibə baş tutmayıb. Prezidentin mətbuat xidmətinin rəhbəri bildirib ki, nəzərdə tutulan bəzi sualları ixtisar etmək lazımdır. Bundan sonra, isə jurnalist istəyi barədə respublika prezidentindən heç bir məlumat ala bilməyib. 

"Bu, sui-istifadədən, mətbuatı cəmiyyəti maraqlandıran problemlərdən uzaq tutmaqdan başqa bir şey deyil. Bu, uyğunsuz və ciddi suallardan qaçmaq istəyindən başqa bir şey deyil", - jurnalist açıqlamasında bildirib. 

Prezidentin mətbuat katibi məsələ ilə bağlı şərh verməkdən imtina edib. 

ANNET.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM