Prezident oğluna yüksək vəzifə verdi - Foto

09:36 | 18.06.2019
Prezident oğluna yüksək vəzifə verdi - Foto

Prezident oğluna yüksək vəzifə verdi - Foto

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarı yüksək vəzifəyə təyin edib. Anews.az"Qafqazinfo” istinadan xəbər verir ki, bu barədə ölkənin dövlət informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, 37 yaşlı Sərdar Türkmənistanın mərkəz-cənub bölgəsindəki Ahal regionunun qubernatoru təyin olunub. Buna qədər o, 2019-cu ilin yanvarından bugünə qədər regionun qubernator müavini kimi fəaliyyət göstərib. 

Prezidentin yeganə oğlu silahlı qüvvələrdə polkovnik- leytenantdır. O, 2016-cı ildə millət vəkili seçilib, 2018-ci ilin martında isə Xarici İşlər nazirinin müavini postuna gətirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb