Prezident Polad Həşimovun qızı ilə danışarkən kədərləndi - VIDEO

Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Prezident İlham Əliyev Forumda iştirak edib. Forumda dövlət başçısı gənclərin suallarını da cavablandırıb.
Ölkə rəhbərinə müraciət ünvanlayanlar arasında Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun qızı, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsi Aybəniz Həşimova da olub.
"Sizi görmək fürsətindən istifadə edərək, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə sizə təşəkkür etmək istəyirəm”, - Həşimova qeyd edib.
"Milli Qəhrəmanımız müharibədən əvvəl öz canını vətən uörunda fəda etmişdir. Qəhrəmancasına həlak olmuşdur. Müharibədən əvvəl qəbələ şəhərində olarkən yoldan keçirdim, bir çox tədbirlər vardı. Gördüm ki, bir binanın üzərində onun portreti asılıb. Mən maşını dayandırdım, gəldim onun portreti önündə Azərbaycan xalqına həm onun haqqında, həm də gələcək haqqında öz sözlərimi dedim”, - Prezident qeyd edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 13:03
Ceyhun Bayramov: Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklifə müsbət yanaşırıq

Siyasət 12:59
Estoniya Azərbaycanla rəqəmsallaşma, süni intellekt və müdafiə sənayesi sahələrində əməkdaşlıqda maraqlıdır

Siyasət 12:55
Marqus Tsaxna: Estoniya Azərbaycan-Ermənistan normallaşma prosesinin regionda yeni perspektivlər açdığını düşünür




















