Prezident Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib

12:46 | 08.08.2023
Prezident Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib

Prezident Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə "İstiqlal” ordenini təqdim edib. Bu barədə prezidentin rəsmi saytı məlumat yayıb. 
 
Avqustun 7-də ölkə başçısı İlham Əliyev xalq artisti Rasim Balayevə "İstiqlal" ordeni verilməsi ilə bağlı sərəncam imzalayıb. 
 
Azərbaycanın xalq artisti Rasim Balayevin bu gün-avqustun 8-də 75 yaşı tamam olur. Balayev 2022-ci ildən  Azərbaycan Kinematoqrafçılar İttifaqının sədridir. 
 
Xalq artisti həm də prezident təqaüdçüsüdür. O Azərbaycan kinosununda bir çox filmlərin əsas qəhrəmanı kimi yadda qalıb. 
 
Gülnar 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM