Prezident Toğrul Bağırovun vəfatı ilə əlaqədar başsağlığı verdi

17:14 | 30.01.2019
Prezident Toğrul Bağırovun vəfatı ilə əlaqədar başsağlığı verdi

Prezident Toğrul Bağırovun vəfatı ilə əlaqədar başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev görkəmli alim Toğrul Bağırovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Bu barədə Anews.az-a Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nobel İrsi Fondunun sədri, BMT-nin qlobal enerji üzrə aparıcı eksperti, siyasi elmlər doktoru, professor Toğrul Adil oğlu Bağırovun vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb