Prezident Xaçmaza 3 milyon manat ayırdı

20:20 | 09.09.2016
Prezident Xaçmaza 3 milyon manat ayırdı

Prezident Xaçmaza 3 milyon manat ayırdı

Prezident İlham Əliyev Xaçmaz şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

ANN.Az xəbər verir ki,  sərəncama əsasən, Xaçmazda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan daha 24 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Xaçmaz rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Modul Tipli Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı Kompleksi, əlil və şəhid ailələri üçün ümumilikdə 92 mənzilli 4 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, Tarix-Diyarşünaslıq, "Xalça”, "Şəxsiyyətlər”, "Xalqlar Dostluğu”, "Bayraq” Muzeyləri və Rəsm Qalereyası istifadəyə verilmiş, "Yalama” Aqroparkı və digər iri istehsal, emal müəssisələri yaradılmış, 23 mindən çox yeni iş yeri açılmış, əlli min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 52 kilometr olan kəndlərarası avtomobil yolları yenidən qurulmuş, 60 çoxmənzilli yaşayış binasında əsaslı təmir işləri aparılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb