Prezidentin avtomobili oğurlandı

11:42 | 05.09.2014
Prezidentin avtomobili oğurlandı

Prezidentin avtomobili oğurlandı

Keniyada artan avtomobil oğurluğunun son qurbanı Keniya prezidenti Uhuru Kenyatta olub. 

ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, prezidentin mühafizə konvoyunda olan maşın ötən çərşənbə günü oğurlanıb. Keniyanın “Daily Nation” qəzetinin verdiyi məlumata görə, maşın Ugandanın Tororo şəhərindəki bir qəsəbədə tapılıb. 

Prezidentin spikeri isə maşının iddia olunduğu kimi prezidentin mühafizə konvoyunda olmadığını, bir polis işçisinə aid olduğunu bildirib.

 Yerli qaynaqların məlumatına görə, prezidentin qoruma konvoyunda olan David Maxu Mainanın istifadə etdiyi maşın, evinə gələrkən 4 silahlı adam tərəfindən qaçırılıb. 

 ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM