Prezidentlərin maşınları - FOTOLAR

18:08 | 29.11.2014
Prezidentlərin maşınları - FOTOLAR

Prezidentlərin maşınları - FOTOLAR

Dünya liderləri xidməti maşın kimi hansı markalardan istifadə edir?

Türkiyəyə səfəri ərəfəsində Roma Papasının maşın istəyi dünya liderlərinin avtomobillərini yenidən gündəmə gətirdi. Adətən liderlər zirehli,lüks, dəbdəbəli maşınlara üstünlük versələr də Vatikan rəhbəri lüks maşın yerinə sadə "Renault Symbol" istəmişdi.

ANS PRESS dünya liderlərinin istifadə etdiyi maşınları təqdim edir.

Papa Françesko Vatikanda "Fiat Albea" markalı maşından istifadə edir.

ABŞ prezidenti Barak Obamanın xidməti maşını "Cadillac One"dır.

Almaniya kansleri alman markası olan "Audi"yə üstünlük verir.

İngiltərənin baş naziri Devid Kameron isə "Jaguar"dır. Xidməti maşının dəqiq modeli "Jaguar XJ"dir.

İngiltərə kraliçası II Yelizavetta yerli istehsal olan və onun üçün özəl hazırlanan "Bentley"də gəzir.

Fransa prezidenti Fransua Olland xidməti maşın kimi öz ölkəsində istehsal edilən "Citroen DS5 Hybrid4"dən istifadə edir.

Rusiyanın dünyanın diqqətindən prezidenti Vladimir Putin zirehli "Mercedes Benz S" maşınının xidmətindən yararlanır.

Çin dövlət başçısı Şi Cinping Çin istehsalı olan "Hongqi" ilə səfərlərini yerinə yetirir.

Yaponiya İmperatoru Akihitonun istifadə etdiyi maşın "Toyota Century Royal"dır.

Ən sadə prezident maşını isə Uruqvay liderinindir. Jose Mujica 1987-ci ildə istehsal edilən mavi "Vosvos"undan əl çəkmir. Onun maşınını ərəb şeyxlərindən biri 1 milyon dollara almaq istəsə də, prezident qədim dostunu satmayıb.

Ən dəbdəbəli maşınlardan biri də Bruney sultanına məxsusdur. Hassanal Bolkiah xüsusi olaraq ona hazırlanan qızıl örtüklü və işləməli "Rolls Royce"dən istifadə edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istifadə etdiyi xidməti maşın isə "Mercedes S600 Long".

Braziliyanın qadın prezidenti Dilma Russeff 1952-ci ilin "Rolls-Royce Silver Wraith" modelindən istifadə edir. Onun daha bir xidməti maşını var ki, bu da zirehli "Ford Fusion"dur.

Portuqaliya lideri Anibal Kavak Silva adətən "Mercedes S600" və ya "E67 BMW 760 Li"dən yararlanır.



ANN.Az
















 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb