Prokuror polkovnik-leytenanta cəza istədi

15:52 | 04.11.2019
Prokuror polkovnik-leytenanta cəza istədi

Prokuror polkovnik-leytenanta cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan Dövlət Gömrük İdarəsinin keçmiş əməkdaşı, polkovnik-leytenant Namiq Əsədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, N.Əsədov Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru vəzifəsində işləyib. O, 350 manat rüşvət almaqda təqsirləndirilib.

Məhkəmə prosesində dövlət ittihamçısı çıxış edərək N.Əsədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İttihama görə, N.Əsədov "Bakıyük" MMC-nin meneceri Rüfət Ağayevdən rüşvət alıb. Bu pulla o, Almaniyadan "Liebherr-Azeri LLC" MMC-yə göndərilən malların (kranlar üçün yağ) gömrük rəsmiləşməsini tezləşdirəcəkmiş. Menecer tələb olunan pulu verməyə razılaşıb, amma sonradan Gömrük İdarəsinə şikayət edib.

Təqsirləndirilən N.Əsədov isə özünü təqsirli bilməyib. O, ifadəsində heç kimdən nə rüşvət istədiyini, nə də aldığını deyib. Məhkəmə prosesi davam edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM