Proqnoz: ​Bu gün neft bahalaşa bilər

12:20 | 13.01.2016
Proqnoz: ​Bu gün neft bahalaşa bilər

Proqnoz: ​Bu gün neft bahalaşa bilər

Amerika Neft İnstitutu (API) tərəfindən könüllü olaraq tərtib edilən göstəricilərə əsasən, ABŞ-da keçən həftə neft ehtiyatları 3,9 mln. barel azalıb. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, API-nin açıqladığı məlumat ənənəvi olaraq ABŞ-ın Energetika İnformasiyaları Agentliyinin (EİA) rəsmi həftəlik neft ehtiyatlarındakı dəyişikliklərin ilkin siqnalıdır.

API-nin göstəricilərinə əsasən, ABŞ-ın Kuşinq neft anbarlarında ehtiyatlar ötən həftə 300 min barel azalıb, benzin ehtiyatı isə 7,04 mln. barel, neft məhsulları isə analoji dövrdə 3,67 mln. barel artıb.

"Report" xəbər verir ki, ABŞ-da neft ehtiyatları statistikasının açıqlanması ilə neft qiymətlərinin 32-33 dollar/barelə qədər artması mümkündür. Lakin uzunmüddətli perspektivdə neftin qiyməti azalma tendensiyasını davam etdirəcək və 23-28 dollar/barel diapazonunda öz minimal səviyyəsini müəyyənləşdirəcək. Yaxın illərdə neft qiymətlərinin 20-50 dollar/barel diapazonunda dalğalanması proqnozlaşdırılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM