Prosineçki: "İki futbolçunun çıxışı diqqətimi çəkdi"

16:47 | 15.12.2014
Prosineçki:

Prosineçki: "İki futbolçunun çıxışı diqqətimi çəkdi"

"Bu tur iki oyunu izləmək imkanım oldu. Əvvəlcə "Bakı” – "Xəzər Lənkəran”, sonra "Neftçi” – "Sumqayıt” qarşılaşmalarını izlədim. Təəssüflər olsun ki, hər iki oyunda azarkeş az idi. Ümid edirəm növbəti oyunlarda daha çox azarkeş görə biləcəyəm".

ANN.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Premyer Liqanın 16-cı turunda izlədiyi iki oyun haqda danışarkən deyib.  

Xorvatiyalı mütəxəssis "Bakı" -"Xəzər Lənkəran" oyunu ilə müqayisədə "Neftçi" - "Sumqayıt" matçının daha maraqlı keçdiyini bildirib: "İlk oyunla müqayisədə ikinci qarşılaşma daha maraqlı keçdi. "Xəzər Lənkəran”ın iki oyununu izləmişdim. Əvvəlki oyunlarda yaxşı təsir bağışlamışdı. "Xəzər Lənkəran”dan daha yaxşı oyun gözləyirdim. "Bakı”nın heyətində gənc oyunçular çoxdur. Mübarizə aparırlar, əllərindən gələni edirlər. Nəticədən razı qala bilərlər.

"Neftçi” – "Sumqayıt” oyununa gəlincə, bu qarşılaşma daha maraqlı və qollu keçdi. Hər iki oyunda bəzi şeyləri görə bildim, bəzilərini yox. Ad çəkmək istəmirəm, "Neftçi” - "Sumqayıt” oyununda iki futbolçunun çıxışı diqqətmi çəkdi. Onlar  mənim üçün önəmli oyunçulardır. Gənc və bacarıqlıdırlar".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM