Putin: "Onlar uğursuzluğa düçar olacaqlar"

14:54 | 29.04.2014
Putin: "Onlar uğursuzluğa düçar olacaqlar"

Putin: "Onlar uğursuzluğa düçar olacaqlar"

Rusiya prezidenti ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə münasibət bildirib

Rusiyanın Ukraynadan müdafiə-xarakterli məhsulların ixracatını əvəzləməsi üçün cəmi 1-2 il vaxt tələb olunur. Bunu Rusiya prezidenti Vladimir Putin Petrozavodsk şəhərində Rusiya müdafiə sənayesinin nümayəndələri ilə görüşündə deyib. 

ANS PRESS-in məlumatına görə, Putin bildirib ki, Ukraynanın müdafiə sənayesi şirkətləri ilə onların rusiyalı müştəriləri arasında əlaqələrin "fəlakətə sürüklənəcəyi" istisna edilmir. Putin bunu Rusiya Ordusunun Ukraynanın müdafiə məhsullarının yeganə alıcısı olması ilə əsaslandırıb.

"Rusiya və onun müdafiə sənayesi həm maliyyə, həm də texnoloji cəhətdən ixracat əvəzlənməsi adlanan bu prosesi həyata keçirmək qabiliyyətinə malikdir. Bunun üçün əlavə vəsait və vaxt tələb olunur. Nə qədər vaxt tələb olunur? İstehsalın növündən asılı olaraq, bir və ya iki il. Ukraynanın hərbi-sənaye kompleksi üçür rusiyalı müttəfiqlərlə əlaqələrin qırılması fəlakətə gətirib çıxara bilər. Niyə? Çünki bu məhsullar üçün başqa bazar yoxdur. Bu bazar sadəcə mövcud deyil. Yeganə alıcı Rusiya silahlı qüvvələridir" - Putin belə deyib.

Vladimir Putin ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə də münasibət bildirib. Onun sözlərinə görə, Rusiyanın Ukraynadan müdafiə-xarakterli məhsulların ixracatını dayandırmasının qarşısını almaq məqsədi daşıyan bu sanksiyalar uğursuzluğa düçar olacaq. "Bu, bir-birinə uyğun gəlməyən vasitələrlə edilən cəhdlərdir. Biz adekvat əvəzləmənin yolunu tapacağıq. Biz irəli gedəcəyik, müttəfiqlərimiz isə uğursuzluğa düçar olacaqlar" - Rusiya prezidenti belə deyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb