Putin: “Suriyanı dəstəkləməsəydik, orada vəziyyət daha pis olardı”

21:37 | 15.09.2015
Putin: “Suriyanı dəstəkləməsəydik, orada vəziyyət daha pis olardı”

Putin: “Suriyanı dəstəkləməsəydik, orada vəziyyət daha pis olardı”

"Əgər Moskva Suriyanı dəstəkləməsəydi, orada vəziyyət daha pis olardı”.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Tacikistanın paytaxtı Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin deyib. O bildirib ki, Rusiya Suriyaya dəstək verməsəydi, orada vəziyyət Liviyadakından daha pis, qaçqın axını isə indikindən daha çox olardı.

V. Putin qeyd edib ki, Suriyanın qanuni hökumətini dəstəkləməklə Liviya, İraq, Əfqanıstan və bir sıra ölkələrdən Avropaya qaçqın axınının heç bir əlaqəsi yoxdur.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb