Putin 3 dəfə xəbərdar etmişdi, amma...

17:17 | 16.10.2016
Putin 3 dəfə xəbərdar etmişdi, amma...

Putin 3 dəfə xəbərdar etmişdi, amma...

Rusiya Boston marafonunda törədilən terror aktından əvvəl 3 dəfə bu terror aktını törədən Tsarnayev qardaşlarının fəaliyyəti barədə ABŞ-ı xəbərdar edib.

ANN.AZ APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin açıqlayıb.

V. Putin deyib ki, ABŞ-ın Bostonda terror aktının qarşısının alınması üçün əməkdaşlıqdan imtina etməsi terrorizmə qarşı mübarizə sahəsində neqativ təcrübə olub:
 
"Mənim tapşırığımla Bostonda törədilən terror aktından əvvəl 2-3 dəfə ABŞ-a Tsarnayev qardaşlarının fəaliyyəti ilə bağlı məlumat təqdim edilib. Əvvəlcə cavab vermədilər, sonra isə ABŞ bəyan etdi ki, öz vətəndaşları ilə özləri "məşğul olacaqlar”. Bir ay, yarım ay sonra isə Bostonda marafon zamanı terror aktı törədildi. Bu da kimin xüsusən terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq etməyə çalışdığını, kimin mövqeyinin düz olduğunu göstərir”.

Bununla belə, V. Putin Soçidə Olimpiyada Oyunları zamanı ABŞ və Rusiya xüsusi xidmət orqanlarının uğurlu əməkdaşlıq etdiyini söyləyib və buna onlara təşəkkür etdiyini bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb