Putin Zelenskiyə şərt qoydu

11:12 | 04.07.2019
Putin Zelenskiyə şərt qoydu

Putin Zelenskiyə şərt qoydu

Rusiya prezidenti Vladimir Putin Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlar aparmasının şərtlərini açıqlayıb.

"RİA Novosti” xəbər verir ki, Putin seçkiqabağı vədinə əməl edəcəyi təqdirdə Zelenski ilə danışıqlara hazır olduğunu bəyan edib.
Rusiya lideri xatırladıb ki, seçkiqabağı kampaniya müddətində V.Zelenski "Donbassdakı vətəndaşları ilə birbaşa əlaqə yaradacağına və onları separatçı adlandırmaqdan əl çəkəcəyinə” dair vəd verib.

Putin onu da əlavə edib ki, "ukraynalılar yeni prezidentdən konkret hərəkətlər və yaxşılığa doğru irəliləyiş gözləyirlər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM