Putinin adamı: azərbaycanlılar Qarabağa qaytarılmalıdır

16:52 | 02.12.2017
Putinin adamı: azərbaycanlılar Qarabağa qaytarılmalıdır

Putinin adamı: azərbaycanlılar Qarabağa qaytarılmalıdır

"Qarabağ ermənilərlə yanaşı, həmişə orada yaşamış və indi oradan qovulmuş azərbaycanlılara məxsusdur”.

İstiPress-in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin yanında vətəndaş cəmiyyətinin inkişafı və insan haqları şurasının üzvü, tanınmış ictimai xadim Maksim Şevçenko "Youtube”da yeni yerləşdirdiyi video müraciətində bildirib.

"Mən düşünürəm ki, azərbaycanlılar Qarabağa geri qaytarılmalıdır”,- deyə Maksim Şevçenko erməni mənşəli Rusiya mediamaqnatı Aramu Qabrelyanova ünvanladığı video müraciətində bildirib. 

Söhbət Rusiyanın Birinci kanalında gedən tok-şouda  Maksim Şevçenkonun polşalı millətçi ilə mübahisədə Qarabağın Azərbaycana məxsus olduğunu vurğulamasından sonra başlayıb. Polşa millətçisi Avropa Birliyinin adından danışdığını və Qarabağın Ermənistana verilməsinin tərəfdarı olduğunu iddia edib. Maksim Şevçenko isə onun sözünü kəsərək Qarabağın Azərbaycan torpağı olduğunu vurğulayıb.

Video müraciətdən  belə görünür ki, mediamaqnat Aram Qabrelyanov Maksim Şevçenkonun bu ifadələrindən incidiyini ifadə edib. Maksim Şevçenko isə ona video ilə müraciət edərək  fikrini daha geniş izah edib: "Hüquqi olaraq Qarabağ Azərbaycanındır. Bütün dünya ictimaiyyəti Qarabağı Azərbaycanın ərazisi sayır”,- deyə Maksim Şevçenko bildirib.    

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb