Putinin hədə dolu məktubuna Avropadan cavab

18:29 | 01.10.2014
Putinin hədə dolu məktubuna Avropadan cavab

Putinin hədə dolu məktubuna Avropadan cavab

Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozu Rusiya Prezidenti Vladimir Putinin ona yazdığı məktuba cavab verib.

 

Axar.az xəbər verir ki, Barrozu Ukrayna ilə AB arasında sərbəst ticarət zonasının yaradılması barədə Rusiyanın narahatlıqlarının aradan qaldırılması üçün hər şey etməyə hazır olduqlarını deyib. Bundan başqa, Barrozu Ukrayna ilə Rusiya arasında üçtərəfli görüşlərdə sürətli və həlledici irəliləyişlərin əldə olunmasına ümid etdiyini bildirib.

 

Qeyd edək ki, iyunun 27-də Ukrayna ilə AB arasında assosiasiya sazişi imzalandıqdan sonra Putin Avropa rəsmilərinə məktublar göndərib. “Röyter”in xəbərinə görə, Putin məktubda AB ilə ticarətin həyata keçirilməsi müqabilində Ukrayna mallarının Rusiyaya girişinə qadağa qoyulacağını xatırladıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb