Putinin İlham Əliyevlə görüşünün vaxtı məlum oldu

14:27 | 22.09.2014
Putinin İlham Əliyevlə görüşünün vaxtı məlum oldu

Putinin İlham Əliyevlə görüşünün vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 29-da Həştərxanda IV Xəzər sammitində Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan dövlət başçıları ilə görüşəcək.

 

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.  

 

“Görüşdə Xəzəryanı ölkələrin qarşılıqlı fəaliyyətinin əsas məsələlərinin, 2010-cu ildə Bakıda keçirilmiş sammitdə qəbul olunmuş qərarların reallaşdırılmasının gedişi, həmçinin region ölkələri arasında perspektivdə əməkdaşlığın prioritet istiqamətlərinin müzakirə olunması, çoxtərəfli sənədlərin imzalanması gözlənilir. Vladimir Putinin Xəzəryanı dövlət başçıları ilə ikili görüşü də nəzərdə tutulur”, - kremlin mətbuat xidmətindən bildirilib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti