"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı açıqlandı

17:23 | 28.03.2016

"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı açıqlandı

Təxirə salınmış oyun aprelin 13-də keçiriləcək

 Türkiyə Super Liqasında XXVI turdan təxirə salınmış "Qalatasaray" - "Fənərbağça" matçının keçiriləcəyi tarix açıqlanıb. "Report"un məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörənlə klub rəsmiləri arasındakı danışıqlardan sonra qərar verilib.

Görüşdən sonra onlar jurnalistlərə İstanbul derbisinin aprelin 13-də keçiriləcəyini açıqlayıblar.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" matçı martın 20-də keçirilməli idi. Lakin qarşılaşmanın oynanılacağı "Türk Telekom Arena"da terror törədiləcəyinə dair məlumatın daxil olduğu səbəb göstərilərək, görüş təxirə salınmışdı.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb