Nazir Formula 1-lə bağlı məsələyə aydınlıq gətirdi

16:30 | 01.12.2016
Nazir Formula 1-lə bağlı məsələyə aydınlıq gətirdi

Nazir Formula 1-lə bağlı məsələyə aydınlıq gətirdi

Gənclər və idman naziri Azad Rəhimov 2017-ci il üçün Formula 1 təqvimində Bakıda keçiriləcək Qran Prinin adının və vaxtının dəyişdirilməsinə də münasibət bildirib. 
 
Modern.az-ın xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında Beynəlxalq Avtomobil İdmanı Federasiyasının qərarının Azərbaycana bir neçə üstünlük verdiyini deyib. 
 
Nazir bildirib ki,  gələn il iyunun 25-də dünyanın Formula 1 həvəskarlarının marağı yalnız Azərbaycana yönələcək:
 
"Ölkəmizdə bu yarış ikinci dəfə keçiriləcək. Yenilik və dəyişiklik ondan ibarətdir ki, Avropa Qran Prisi yox, Azərbaycan Qran Prisi adlanacaq. İkinci böyük dəyişiklik odur ki, yarış iyunun 25-də keçiriləcək.
 
 Yəni, bu Qran Pri "24 saat Le Man" marafonu ilə üst-üstə düşməyəcək və maraq paytaxtımızdakı yarışa yönələcək. Daha bir üstünlük isə maşınlar və avadanlıqların Kanadadan vaxtında gətirilməsidir. Qısa müddətdə 6-7 böyük transfer təyyarəsinin boşaldılması ilə bağlı problemlə üzləşməyəcəyik”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM