“Qarabağ”- 2400 manat cəriməlləndi

15:46 | 29.08.2018
“Qarabağ”- 2400 manat cəriməlləndi

“Qarabağ”- 2400 manat cəriməlləndi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Topaz Premyer Liqasının 2-ci turunun "Zirə” - "Keşlə” matçında "Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Birinci divizionun 1-ci turunun "Şüvəlan” - "Sumqayıt-2” matçının 36-cı dəqiqəsində "Sumqayıt-2”-nin futbolçusu Səbuhi Abdullazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

Birinci divizionun 1-ci turunun "Qaradağ-Lökbatan” - "Neftçi-2” matçında "Neftçi-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Topaz Premyer Liqasının 3-cü turunun "Zirə” - "Sabah” matçında "Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Topaz Premyer Liqasının 3-cü turunun "Qəbələ” - "Sumqayıt” matçının 77-ci dəqiqəsində "Sumqayıt”ın futbolçusu Nicat Qurbanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.

Topaz Premyer Liqasının 3-cü turunun "Qarabağ” - "Neftçi” matçının 66-cı dəqiqəsində "Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb. Bu səbəbdən klub 1600 manat cərimə olunur.

Oyunun 70-ci dəqiqəsində "Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.

Birinci divizionun 2-ci turunun "Qarabağ-2” - "Turan Tovuz” matçında "Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Birinci divizionun 2-ci turunun "Neftçi-2” - "Sabah-2” matçının 66-cı dəqiqəsində "Sabah-2”-nin məşqçisi Alim Qurbanov qaydaları pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur.

Birinci divizionun 2-ci turunun "Keşlə-2” - "Sumqayıt-2” matçında "Sumqayıt-2”-nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 90+5-ci dəqiqəsində "Keşlə” klubunun futbolçusu Ruslan Nəsirli hakimi təhqir etdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra "Keşlə” klubunun idman direktoru Ramiz Məmmədov hakim-inspektorun icazəsi olmadan hakimlər otağına daxil olub, hakimlərə öz etirazını bildirdiyinə görə klub 160 manat cərimə olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə kluba qarşı daha ağır sanksiya tətbiq olunacaq.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb