Qarabağ BMT ilə ATƏT arasında qalıb

16:26 | 30.06.2015
Qarabağ BMT ilə ATƏT arasında qalıb

Qarabağ BMT ilə ATƏT arasında qalıb

BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qaldığını göstərən 4 məlum qətnaməsi bu günə qədər yerinə yetirilməmiş qalır.

1993-cü ildə Kəlbəcər, Ağdam, Qubadlı və Zəngilan rayonlarının işğal edilməsi ilə əlaqədar Ermənistan qoşunlarının həmin ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq 822, 853, 874 və 884 saylı qətnamə qəbul edib.

Qətnamələrin qəbulundan sonra Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinə həvalə edilməsi isə heç bir şey dəyişmədi.

Faktiki olaraq 20 ildən çoxdur ki, həmsədr ölkələrin (Rusiya, ABŞ, Fransa) formal fəaliyyəti nəticəsində Qarabağ probleminin həlli dalana dirənib.

Bir sözlə, ATƏT-in Minsk qrupu vasitəçilik missiyasından demək olar ki, imtina edib və verilən bəyanatlar yalnız nəzəri mülahizələrə əsaslınır.

Minsk qrupunun formal fəaliyyəti nəzərə alınaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli yenidən BMT-nin kurasiyasına verilə bilərmi? 

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzu ilə bağlı Modern.az saytına danışıb.

Ekspert bildirib ki, Azərbaycan tərəfi dəfələrlə tələb edib ki, BMT münaqişənin həllini Minsk qrupunun monopoliyasından çıxarıb öz nəzarəti altına keçirsin. "Lakin BMT hər dəfə belə bir bəhanə gətirir ki, onlar bu mandatı Minsk qrupuna veriblər. Sadəcə olaraq Minsk qrupunun bu mandatdan necə istifadə etdiyini BMT-dən soruşmaq lazımdır.

Çünki Minsk qrupu münaqişənin həllinə dair heç bir iş görmür. Vasitəçilər tərəflərə eyni prizmadan baxırlar. Halbuki Azərbaycan təcavüzə məruz qalıb. Minsk qrupu yalançı bəyanatları ilə Azərbaycanın başını aldatmağa çalışır”.

Eks-müşavir deyib ki, BMT tərəflərdən kimin haqlı, kimin haqsız olduğunu ATƏT-in Minsk qrupuna yaxşı başa salmalıdır. "İndi də Qarabağ konflikti ilə bağlı "Ermənsitanın nəzarətində olan Azərbaycan torpaqları” ifadəsini işlədirlər. Amma heç vaxt torpaqların işğal olunduğunu bildirmirlər. BMT də bunu anlamalı və real addımlara keçməlidir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb