Daşkəsən
rayon sakini, Aprel döyüşləri zamanı bir qolunu itirmiş Qarabağ qazisi Arzu
Məmmədov yaşadığı Daşkəsən rayonun icra hakimiyyəti başçısı Əhəd Abiyevdən
şikayətçidir. Məmmədov iddia edir ki,
Əhəd Abıyev icra hakimiyyətinin işçisi İlhamə Bayramova vasitəilə ondan 20 min
manat alıb və ona Gəncədə ev verdirəcəyinə
boyun olub. Amma Əhəd Abıyev 20 min manatı mənimsəyərək Bakıda Neftçi bazanın yanında olan villasını
böyütməyə xərcləyib.
"Aprel
döyüşü zamanı bir qolumu itirdim. Xəstəxanada yatdım. Mənimlə eyni otaqda yatan
digər hərbiçilərlə yaşadıqları rayonun
icra hakimiyyətinin və digər qurumlarının əməkdaşları, deputatlar maraqlandıqları halda mənə baş çəkən olmadı. Xəstəxanadan çıxandan sonra Daşkəsən icra
hakimiyyəti başçısı Əhəd Abıyevin qəbuluna
getdim. Nədən mənimlə maraqlanmadıqlarını soruşduqda Əhəd Abıyev bildirdi
ki, oğlu yıxılıb və başı onun
problemlərinə qarışıb. Bundan sonra şəxsən maraqlanacağını desə də Arzu
Məmmədovun dediyinə görə, problemləri elə həmin gündən böyüməyə başlayıb.
Qarabağ
qazisi deyir ki, görüş zamanı o, icra başçısına evsiz olduğunu söyləyib
və ondan kömək istəyib. Öz növbəsində Əhəd Abıyev kömək edəcəyini bildirsə də
Arzu Məmmədovla ancaq icra hakimiyyətinin işçisi İlhamə Bayramova maraqlanıb. Sonda İlhamə Bayramova Arzu Məmmədova Əhəd Abıyevin ona qeydiyyatını Daşkəsəndən Gəncəyə dəyişməyi
tövsiyyə etdiyini deyib. "Əhəd müəllim
Gəncənin icra başçısından xahiş edib ki, sənə ev versinlər. Bu işin alınması
üçün 20 min manat pul ödəməlisən.
Qeydiyyatımı dəyişdim və borc alaraq 20 min manatı düzəldib verdim. Bir
müddət sonra öyrəndim ki, bəs mənim kimi bir neçə nəfəri belə aldadıblar. Pul
aldıqları adamlar İlahmə Bayramovadan şikayətçıdır. Pulumu geri istəsəm də
vermədilər. Bununla bağlı şikayət etmədiyim qurum qalmayıb, amma baxan yoxdur.
Hətta bu məsələ ilə bağlı Əhəd Abıyevlə görüşəndə özü mənə dedi ki, puldan
xəbərsizdir və əlavə etdi ki, özü polisə və prokurorluğa tapşırıb ki, İlhamə Bayramovanı tutmasınlar. Sual yaranır,
Əhəd Abıyevın reputasiyasına xələl gətirən birisinin tutulmasına niyə icazə vermir”, - deyə Qarabağ
qazisi vurğulayır.
Arzu Məmmədov indi Xırdalan şəhərində Füzuli Məmmədov tərəfindən ona bağışlanan evdə yaşayır. Odur ki, Aprel döyüşlərinin iştirakçısı Əhəd Abıyevdən əməkdaşı vasitəsi ilə aldığı 20 min manatı qaytarmağı tələb edir.
Anews.az-ın əməkdaşı Daşkəsən rayon icra hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətinin adının Vüqar olduğunu bildirən əməkdaşı məsələyə münasibət bildirərkən qeyd edib ki, bu problem çoxdan baş verib. Mətbuata bu barədə icra hakimiyyətinin mövqeyi bildirilıb. " 20 min manat isə İlhamə Bayramova ilə Arzu Məmmədov arasında olan şəxsi problemdir. Hazırda da İlhamə Bayramova icra hakimiyyətində işləmir və 20 min manat probleminə görə də İlhamə Bayramova haqqında Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı var", - deyə icra hakimiyyəti əməkdaşı vurğulayıb.
Sonda Vüqar müəllim bu hadisənin köhnə olmasını qeyd edərək yenidən mətbuatda işıqlandırmamağımızı tövsiyyə etdi.
Bizi sosial şəbəkələrdə izləyin !