Qarabağ Universitetində yeni təyinat

09:25 | 18.09.2024
Qarabağ Universitetində yeni təyinat

Qarabağ Universitetində yeni təyinat

İradə Süleymanova Qarabağ Universitetinin Tələbələrlə İş Mərkəzinə direktor təyin edilib. Bu barədə İqtisadiyyat.az saytı yazıb. 
 
Bildirilib ki, Bakı Dövlət Univeersitetinin Sabah Mərkəzinin rəhbəri vəzifəsində çalışan Süleymanova bundan fəaliyyətini Qarabağ Universitetində davam edəcək. 
 
Qarabağ Universitetində dərslər sentyabrın 23-də başlayacaq. İlk həftə tələbələrlə tanışlıq həftəsidir. 
 
Bir neçə gün öncə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, artıq  bu universitetlərə tələbələrin 99%-nin qeydiyyatı başa çatıb. Onların hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlərin verilməsi də planlaşdırılırb. 
 
İlk dəfə fəaliyyətə başlayan Qarabağ Universitetinə bu il  1120 plan yeri ayrılıb. 
 
Qarabağ Universitetində təhsil iki dildə aparılacaq.

Bir necə gün öncə Qarabağ Univrsitetinin rektoru bildirib ki, sentyabrdan etibarən 1120 tələbənin bu universitetdə təhsil almaq imkanı olacaq. 
 
Bundan əvvəl elm və təhsil naziri Qarabağ Universitetinin yeni görüntülərini paylaşaraq bildirib ki, Qarabağ Universiteti ölkənin elm və təhsil mərkəzinə çevriləcək. 
 
Fevralın 15-də Prezidentin ehtiyyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Gülnar Nazimqızı 
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM