Qarabağa görə Paşinyana şok xəbərdarlıq: Əgər əraziləri...

15:22 | 29.01.2019
Qarabağa görə Paşinyana şok xəbərdarlıq: Əgər əraziləri...

Qarabağa görə Paşinyana şok xəbərdarlıq: Əgər əraziləri...

Ermənistanda "Daşnaksütyun” partiyası hakimiyyəti Dağlıq Qarabağda sülh nizamlanmasından imtina etməyə çağırıb.

Daşnakların yeni sədri Armen Rustamyan ərazilərin qaytarılmasına qarşı olduqlarını bəyan edib.

"Hakimiyyət əraziləri qaytarmasa, onunla sıx əməkdaşlıq etməyə hazırıq, lakin bunun əksi olacaqsa, ən sərt müxalifət olacağıq. 90-cı illərdə Levon Ter-Petrosyanın bəyanatını hamı xatırlayır. "Serj, nə qədər ki, Qarabağ münaqişəsi həll olunmayıb sən yaxşı yaşamayacaqsan”, Petrosyan belə deyirdi. Ermənistanın inkişafı üçün güzəştə getməli olduğu deyilir. Lakin biz hesab edirik ki, Qarabağ məsələsi bizim üstünlüyümüzdür, güzəştə getməməliyik”, - deyə o bildirib.

Rustamyan qeyd edib ki, onların bundan sonrakı fəaliyyəti seçkilərlə bağlı deyil: "Parlamentin tərkibində olacağıq, ya yox, bunun fərqi yoxdur, biz fəaliyyətimizi davam etdirəcəyik. Ermənistan indi yolayrıcındadır. Ermənistan inkişaf etməlidir, lakin bu Qarabağ məsələsində və erməni-türk münasibətlərində güzəşt hesabına olmamalıdır”./publika.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb