Qarabağda qaçılmaz MÜHARİBƏ

11:16 | 20.05.2017
Qarabağda qaçılmaz MÜHARİBƏ

Qarabağda qaçılmaz MÜHARİBƏ

"Dağlıq Qarabağda indiki vəziyyət son dərəcə neqativdir və hər şey Ermənistan və Azərbaycan arasında yeni müharibənin başlanmasına aparır. Hazırda qüvvələrin balansı 1992-93-cü illərdən çox fərqlənir. Azərbaycan öz gücünü müqayisə edilməz dərəcədə artırıb. Hazırki vəziyyətdən yeganə çıxış yolu münaqişənin sülh yolu ilə nizamlanmasıdır”.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, əgər sülh danışıqları istiqamətində heç bir addım atılmasa, bu mövcud status-kvonu bərkidəcək və beləliklə müharibəni qaçılmaz edəcək.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM