Qazandıran Sosial Şəbəkə! - Azərbaycanda ilk

16:22 | 25.02.2015
Qazandıran Sosial Şəbəkə! - Azərbaycanda ilk

Qazandıran Sosial Şəbəkə! - Azərbaycanda ilk

Azərbaycanın ilk dəfə istifadəçilərin qazanmasını hədəfləyən və eyni vaxtda milli sosial şəbəkəsi olan MyDay.az istifadəyə verildi.

ANN.Az-ın verdiyi xəbərə görə, sosial şəbəkənin yaradılmasında məqsəd şəbəkəyə qoşulan şirkətlər vasitəsilə istifadəçilərin hədiyyələr qazanmasını təmin etmək, o cümlədən gənclərin bir-biriylə əyləncəli dialoqunu qurmaq, vaxtlarını daha səmərəli və maraqlı keçirməsini təşkil etməkdir.

Qeyd edək ki, qonşu ölkələrin özünəməxsus sosial şəbəkələri olduğu halda Azərbaycanda hələlik belə bir sistemli sosial şəbəkə yox idi.

Mənim günüm (myday) adlı sosial şəbəkədə istənilən şəxs pulsuz qeydiyyatdan keçərək öz səhifəsini yarada, şəkillərini, musiqi və videolarını paylaşa bilər. Şəbəkədəki insanların bir-birlərinə rəy bildirmək, yaxud paylaşılan fikirləri bəyənmək (like) imkanları var.  Sosial şəbəkədə müxtəlif mövzulu müsabiqə və kampaniyalara da start verilib. Myday-in istifadəçilər üçün təşkil etdiyi kampaniyaya Özkaya Group, Vision TV, Hotel Admiral, Baku Kitchen Academy, Vizitka.az kimi bir sıra şirkətlər və Park Bulvarda yerləşən Sport Cafe, Park Cinema və Verenda Restoranı qoşulub. Şəbəkədən istifadə etməklə bərabər siz burada keçirilən kampaniyalardan yararlanaraq bolluca hədiyyələr qazana bilərsiniz.

Myday-in ilk dəstəkçisi Epiderm Lazer Epilyasiya Mərkəzidir. Bir sıra şirkətlər də artıq bu sosial məsuliyyətlilik layihəsinə qoşulmaq üçün özləri könüllü müraciət etmişlər. Məqsədimiz, vətəndaşların əylənməsini, eyni zamanda da sosial şəbəkəyə sərf etdikləri zamanı itirmədən əylənməklə bərabər kampaniyalardan yararlanaraq qazanmalarını təmin etməkdir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM