Qazaxıstanda xüsusi əməliyyat

11:35 | 10.06.2016
Qazaxıstanda xüsusi əməliyyat

Qazaxıstanda xüsusi əməliyyat

Qazaxıstanın xüsusi xidmət orqanları Aktobe şəhərində törədilən terror aktlarına aidiyyatı olan ekstremistlərin saxlanılması ilə bağlı əməliyyat keçirib. 

Oxu.Az xəbər verir ki, bu barədə iyunun 10-da Qazaxıstan Milli Təhlükəsizlik Komitəsindən bildiriblər. 

"Təslim olma təklifinə terrorçular silahlı müqavimət ilə cavab veriblər. Tədbirlər davam edir, nəticələr haqqında əlavə məlumat veriləcək”, - məlumatda deyilir. 

Saxlanılan şəxslərin sayı dəqiq göstərilmir. Qeyd edildiyi kimi, əməliyyatların keçirilməsi zamanı əhalinin təhlükəsizliyi təmin olunub.

İyunun 8-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev Aktobedə baş verənlərlə əlaqədar bildirib ki, respublikada "rəngli inqilabların” əlamətləri meydana gəlib. 

Dövlət başçısı qeyd edib ki, "məlumata görə, terror aktı radikal dini cərəyanlara sadiq olan şəxslər tərəfindən təşkil edilib”.

Həmin gün Nazarbayev hücumu təşkil edənləri saxlamaq, silahlı müqavimət göstərildiyi halda isə hücum edənləri məhv etmək əmrini vermişdi. 

Xatırladaq ki, iyunun 5-də Aktobe bir neçə ekstremist qrupunun hücumuna məruz qalıb, nəticədə isə 7 nəfər ölüb və 38 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 

 "Pallada” silah mağazasının yanında satıcı, mühafizəçi öldürülüb, yoldan keçən şəxs isə yaralanıb, həmin şəxs sonradan xəstəxanda ölüb. Bir şəhər sakini ikinci silah mağazasına hücum zamanı ölüb, hərbi hissəyə hücum zamanı isə üç hərbçi ölüb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM