Qazaxıstanda tələbələrimiz güclü təşkilatlanıb - FOTO

17:13 | 05.06.2014
Qazaxıstanda tələbələrimiz güclü təşkilatlanıb - FOTO

Qazaxıstanda tələbələrimiz güclü təşkilatlanıb - FOTO

Qazaxıstanda səfərdə olan Yeni Nəfəs Hərəkatının sədri Seymur Həsənli Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
ANN.Az-a verilən məlumata görə, hazırda universitetdə dördü qız olmaqla 50-dən yuxarı azərbaycanlı tələbə təhsil alır. Hər il müxtəlif türk ölkələrindən tələbələrin qəbul olduğu universitetin məqsədi təhsilli, savadlı, milli maraqları hər şeydən üstün tutan gənclərin yetişdirilməsidir.
Tələbələrlə görüşən Seymur Həsənli onlarla təhsilləri, digər türk gəncləri ilə münasibətləri, ictimai fəaliyyətləri haqqında müzakirələr aparıb. Tələbələr yüksək səviyyədə təşkilandıqlarını və Azərbaycanı Qazaxıstanda layiqincə təmsil etmələrindən danışıblar, həyata keçirdikləri işləri təqdim ediblər. Onlar öz vəsaitləri hesabına “Xocalı Soyqırımı” qurbanlarına abidə ucaltdıqlarını, hər il istər Xocalı Soyqırımı, istərsə də, digər önəmli günlərdə tədbirlər təşkil etdiklərini, qazax tələbələr arasında aktiv təbliğat apardıqlarını bildiriblər. 
Seymur Həsənli gənclərə təşəkkür edərək bir sıra işlərin həyata keçiriməsində tələbələrlə əməkdaşlıq edəcəklərini bildirib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb