Qəbələyə dəmir yolu çəkilir

16:16 | 11.04.2018
Qəbələyə dəmir yolu çəkilir

Qəbələyə dəmir yolu çəkilir

"Azərbaycan Dəmir Yolları" QSC Qəbələ rayonuna dəmir yolu xətti çəkməyə başlayıb.

İstiPress-in məlumatına görə, bu barədə qurumun sədri Cavid Qurbanov məlumat verib.

"Eyni zamanda Qusar rayonunda dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri davam etdirilir", - o qeyd edib.

Bundan başqa, C.Qurbanovun sözlərinə görə, Bakı ətrafında elektrik qatarlarının hərəkət edəcəyi yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı da iş aparılır: "Nargilə" kafesi tərəfdən keçməklə Maştağa qəsəbəsinə, Bağlar adlanan əraziyə, Albalıq stansiyasına, eləcə də Zirə qəsəbəsinə qədər qatarlar gedəcək".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM