Qəbir puluna görə ərinin meyitini hökumət binasına gətirdi

20:16 | 22.02.2019
Qəbir puluna görə ərinin meyitini hökumət binasına gətirdi

Qəbir puluna görə ərinin meyitini hökumət binasına gətirdi

Rusiyanın Samara şəhərinin qadın sakini vəfat etmiş ərinin dəfn xərclərinin çoxluğuna qeyri-adi şəkildə reaksiya verib. O, vəfat etmiş ərinin tabutunu hökumət binasının qarşısına gətirib. Qadın bununda qəbiristanlıq mafiyasına etirazını bildirib.
Bizimyol.info xəbər verir ki, hadisə haqda Krasnoyarsk rayonunun deputatı Azat Tuymasov "Twitter” hesabında yazıb. Həyat yoldaşını itrən qadın əvvəlcə dəfn xərclərini 8 min rubl (təxminən 120 dollar) ilə yola verə biləcəkmiş. Amma ortaya inhisarçı şirkət çıxıb, beləcə, xərclər 30 min rubla (təxminən 450 dollar) yüksəlib. Qadın bu qədər ödəyə bilməyəcəyini anlayıb.
Qadının həyat yoldaşı xəstəxanada vərəmdən dünyasını dəyişib. Amma onun meyitini qəbiristanlığa aparmaq böyük problemə çevrilib. Yerli inhisarçı şirkətin əməkdaşları mərhumun yaxınlarına ciddi maneə yaradıb. Qəbiristanlıqda qəbir yeri qazmağa mane olmaq üçün 30 "bandit” tabutu mühasirəyə alıb. Bundan sonra qadın tabutu hökumət binasının qarşısına gətirməyə məcbur olub.
Hadisə ilə bağlı Tuymasov qubernator Dmitri Azarova müraciət edib. Qubernator problemi qəti şəkildə həll edəcəyinə söz verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb