QƏFİL SUAL: 22 iyul nə günüdür? - ANN.TV

09:48 | 22.07.2015
QƏFİL SUAL: 22 iyul nə günüdür? - ANN.TV

QƏFİL SUAL: 22 iyul nə günüdür? - ANN.TV

Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur. Azərbaycanda Millli Mətbuat Gününün bu tarixdə keçirilməsinin səbəbi 140 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri - "Əkinçi"qəzetinin buraxılmasıdır. Məhz həmin günə qədər Həsən bəy Azərbaycan dilində qəzet nəşr etmək üçün döymədiyi qapı, müraciət etmədiyi vəzifəli şəxs qalmamışdı. Bu tarixə qədər dünya çoxdan qəzetlər nəşr edir, elə Azərbaycanda da rus dilində mətbu orqanlar fəaliyyət göstərirdi, amma sadə xalqın oxuya biləcəyi qəzet yox idi.

"Əkinçi" tarixdir və ənənə yarada bilən bir nümunədir. Bəs görəsən, müasir insanlar 22 iyulla bağlı nə bilirlər? Hər gün informasiya aldıqları, qələm əhli kimi tanıdıqlarının bayramlarının nə vaxt olduğunu bilirlərmi?

ANN.TV-nin çəkiliş qrupu bu sualla paytaxt sakinlərinə müraciət edib. Ortaya çıxan maraqlı video-süjetə baxa bilərsiniz.

Müəlliflər: Zülfiyyə Səfxanova
Şahpəri Abbasov
 
 
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb