QƏFİL SUAL: Bu yay istirahət edəcəksinizmi? -ANN.TV

10:00 | 22.06.2015
QƏFİL SUAL: Bu yay istirahət edəcəksinizmi? -ANN.TV

QƏFİL SUAL: Bu yay istirahət edəcəksinizmi? -ANN.TV

Respublikanın ana qanununa görə, hər bir ölkə vətəndaşı istirahət hüququna malikdir. Bəs bu hüquq necə təmin olunur? Vətəndaşların öz hüquqlarını təmin etmək üçün maddi vəziyyəti necədir? 

Yenə yay gəlib və əksər adamları dincəlmək istəmələri ilə bərabər daha sərfəli formada istirahətlərini təmin etmələri maraqlandırır. Sirr deyil ki, Azərbaycanda dincəlmək üçün kurort zonalarına baş çəkmək o qədər də ucuz başa gəlmir. Hətta bir həftəlik xarici ölkəyə səfər eləmək ölkənin hansısa dilbər guşəsində qalmqdan daha sərfəlidir. Ötən illərdə müşahidə olunan vəziyyət belə idi. Bəs bu yay?  

ANN.TV-nin çəkiliş qrupu paytaxt sakinləri arasında "Bu yay istirahət edəcəksinizmi" sualı əsasımda sorğu keçirib. Respodentlərin əksəriyyəti büdcələrinə uyğun gələcək formada istirahət etmək istədiklərini bildiriblər.

Video-süjeti oxuculara təqdim edirik.

Hazırladılar: Aynur Məmmədova
Zülfiyyə Səfxanova

 

 


 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb