"Qəhrəman o kişiyə deyərəm ki..." - Mübariz İbrahimovu qəhrəman hesab etməyən Nurəddin Xoca danışdı

17:41 | 21.12.2018

"Qəhrəman o kişiyə deyərəm ki..." - Mübariz İbrahimovu qəhrəman hesab etməyən Nurəddin Xoca danışdı

Xəbər verdiyimiz kimi, bu gün yerli mətbuatda Keçmiş Qarabağ müharibəsi iştirakçısı, tanınmış jurnalist Nürəddin Xocanın bir müddət əvvəl Milli Qəhrəman Mübariz İbrahimovla bağlı verdiyi qalmaqallı müsahibə yenidən gündəmə gətirilib. Qeyd edək ki, Nurəddin Xoca həmin müsahibədə Mübariz İbrahimovu qəhrəman hesab etmədiyini bildirmişdi.

Arzuladığınız mənzil və ya torpaq sahəsinə sahib olun.

Bununla bağlı BiG.AZ-a açıqlama verən Nurəddin Xoca köhnə açıqlamanı bu gün yenidən gündəmə gətirilməsini ona qarşı aparılan çirkin kampaniya hesab edib: "20 faiz torpağını itirmiş, bu qədər əsiri, girovu olan millətin qəhrəman axtarışını anlaya bilmirəm. Qəhrəman o kişiyə deyərəm ki, Şuşada öz bayrağını sancsın. Düşmənlə döyüşmək hər bir kişinin borcudur. Kişiyiksə vuruşmalıyıq. Kişi olmayanlar da arvadlarının arxasında gizlənməlidir. Torpaqlar qayıdandan sonra qəhrəman axtarışına çıxmaq lazımdır”. 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM