Qərar verildi: "Qarabağ"ın ev oyunu yeni meydanda

17:23 | 01.09.2014
Qərar verildi: "Qarabağ"ın ev oyunu yeni meydanda

Qərar verildi: "Qarabağ"ın ev oyunu yeni meydanda

Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü qısa müddətdə dəyişdiriləcək. 

Qol.Az-ın "sportnet.az"a istinadən verdiyi xəbərə görə, bu barədə stadionun direktoru Akif İsmayılov məlumat verib. 

İsmayılovun sözlərinə görə, bu gün məsələ ilə bağlı rəsmi razılıq əldə olunub. Anlaşmaya əsasən, yeni təbii örtük xarici ölkələrin birindən hazır formada gətirilərək, meydana döşəniləcək. Prosesin 15 gün ərzində - "Qarabağ"ın Fransa "Sent-Etyen"i ilə keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin ilk tur matçınadək başa çatdırılması nəzərdə tutulub. Qarşılaşma sentyabrın 18-də oynanılacaq. 

Qeyd edək ki, Respublika stadionunun hazırkı ot örtüyü havaların isti keçməsi ilə əlaqədar bərbad hala düşüb. İndiyədək arenalarımız arasında yalnız Lənkəran şəhər mərkəzi stadionuna hazır ot örtüyü gətirilib. Mərkəzi arena 2 il öncə əsaslı təmir olunsa da, ot örtüyü toxum hesabına salınıb.  

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb