Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?

18:52 | 27.11.2014
Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?

Qeyri-sabit hava şəraiti nə vaxta kimi davam edəcək?

Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabrın sonuna kimi davam edəcək.

ANN.Az APA-ya istinadən xəbər verir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli HidrometeorologiyaDepartamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu AsifVerdiyev bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 28-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağıntılı olacağı gözlənilir.

Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında noyabrın 28-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.  Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb