Qəzaya uğrayan "AirAsia"nın son görüntüsü ortaya çıxdı - FOTO

10:27 | 06.01.2015
Qəzaya uğrayan

Qəzaya uğrayan "AirAsia"nın son görüntüsü ortaya çıxdı - FOTO

İndoneziya-Sinqapur reysi üzrə hərəkət edərkən qəzaya uğramış "AirAsia" təyyarəsində çəkilmiş son selfie ortaya çıxıb.

ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, dünən təyyarənin qəzaya uğradığı 9-cu gündə daha 3 cəsəd çıxarılıb. Bununla da dənizdən çıxarılan cəsədlərin sayı 37 olub.

Sərnişinlərdən biri təyyarə havaya qalxmazdan az öncə dostları ilə selfie çəkdiribmiş. 23 yaşlı indoneziyalı sərnişin Hendra Gunavan Syaval çəkdiyi fotonu dostuna yollayımış. Fotoda təyyarənin 4 sərnişini görüntülənir.

Təyyarə səbəbi bilinməyən qəza nəticəsində Cava dənizinə düşüb və təyyarədə olan 162 sərnişinin hamısının həlak olduğu güman edilir.

 
ANN.Az
 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb