90 deputatdan 75-i dövlət qurumlarının işgüzarlığında qırğız və rus dillərinin statusunu müəyyən edən qanunun lehinə səs verib.
Qanun qəbul olunarsa, dövlət orqanlarının işi, seçki və referendumların hazırlanması, məhkəmə prosesi və müdafiə, beynəlxalq müqavilələr, coğrafi adlar, notariat, eləcə də təhsil, elm, mədəniyyət və media (xüsusən televiziya və radio yayımında) qırğız dilinin istifadəsi məcburi olacaq. Eyni zamanda, bəzi hallarda rus dilinə tərcümə də təmin ediləcək.
"Dövlət dilinin inkişafı dövlət idarələrinin fəaliyyətində əsas istiqamətlərdən birinə çevrilməlidir. Biz şərait yaratmalıyıq ki, ölkə vətəndaşları dövlət dilində sərbəst danışa və yaza bilsinlər. Respublikada 100-dən çox etnik qrupun nümayəndəsi yaşayır, dövlət dili birləşmənin əsasına çevrilməlidir”, - deyə o, qeyd edib.
"Qırğız dili varkən sənədləri rus dilində aparmaq düzgün deyil”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !