Qız “yox” cavabı aldığı oğlanı güllələdi - VİDEO

11:22 | 07.01.2019
Qız “yox” cavabı aldığı oğlanı güllələdi - VİDEO

Qız “yox” cavabı aldığı oğlanı güllələdi - VİDEO

Türkiyənin Tekirdağ bölgəsinin Çerkezköy rayonunda qadın platonik aşiq olduğu iş yoldaşını öldürüb.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı Filiz işdən sonra Mehmet adlı iş yoldaşı ilə gəzməyə çıxıb. 

Bu zaman Filiz Mehmetə onunla evlənmək istədiyini deyib. Qarşı tərəfdən rədd cavabı alan qız cibindəki silahı çıxarıb və oğlana atəş açıb. 

Mehmet hadisə yerində keçinib. Cinayət yerinə gələn polis intihara cəhd edən Filizi fikrindən yayındıra bilib.

Hadisə anbaan təhlükəsizlik kamerasına düşüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb