• $
  • €
  • ₽
  • ₺
  • £

“Qızım olsaydı, universitetə getməyə qoymazdım” - Nazpəri

“Qızım olsaydı, universitetə getməyə qoymazdım” - Nazpəri
07.10.2019 13:46
"Çox istəyərdim ki, qızım olsun. Amma Allah xasiyyətimi bildiyi üçün verməyib. Qız uşaqlarına qarşı çox qısqancam. Onu bir dəqiqə nəzarətsiz buraxmazdım. Hətta, qızımı universitetə getməyə qoymazdım ki, oxusun.  Bəlkə də, rəfiqələrinin olmağına belə icazə verməzdim”.

Anews.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Ay Zaur” proqramına qonaq olarkən deyib. Müğənni verilişdə şəxsi həyatı barədə danışaraq qız övladının həmişə arzusunda olduğunu bildirib.

N. Dostəliyeva səhnəyə görə, qardaşından şiddət gördüyünü qeyd edib: "Uşaqlıqdan mikrofonu əlimdən alıblar. Əvvəlcə qardaşım icazə vermirdi, deyirdi ki, qız uşağı səhnəyə çıxmaz. Qardaşım buna görə, dəfələrlə mənə əl qaldırırdı. Bir sillə vururdu, günlərlə özümə gələ bilmirdim.

Daha sonra ailə həyatı yaşadım. Orta məktəbdə oxuyanda ailə qurdum. Nişana kimi oğlanı görməmişdim. Atam bilirdi ki, yaxşı ailənin övladıdır.  Həyat yoldaşım toylara icazə verirdi, amma efirə getməyə qoymurdu. Dörd yaş məndən böyük idi. Universitetdə təhsil aldı, daha sonra mühəndis kimi çalışdı. Lakin illər sonra dünyasını dəyişdi. Biz 13 il evli qaldıq. Bu nikahdan iki oğlan övladımız dünyaya gəldi”.

Sənətçinin sözügedən çıxışını videonun 20-ci dəqiqəsindən izləyə bilərsiniz:

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Mədəniyyət 11:31
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
Mədəniyyət 09:35
“44” bədii filmi təqdim olunub: çəkilişlərə 2500 hərbçi cəlb edilib
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
Mədəniyyət 18:29
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Rəssam Əkrəm Tağıyev vəfat edib
Mədəniyyət 13:16
Rəssam Əkrəm Tağıyev vəfat edib
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Mədəniyyət 11:24
Filarmoniya fəaliyyətini dayandırıb?- Açıqlama
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Mədəniyyət 21:17
Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Mədəniyyət 10:10
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir
Sevda Məmmədzadə vəfat edib
Mədəniyyət 20:31
Sevda Məmmədzadə vəfat edib
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət 19:00
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol