"Atletiko" "Arsenal"ın təklifini rədd etdi

13:22 | 30.05.2014
"Atletiko" "Arsenal"ın təklifini rədd etdi

"Atletiko" "Arsenal"ın təklifini rədd etdi

"Arsenal" Xuanfranı transfer etmək üçün "Atletiko" (Madrid) klubuna təklif göndərib.

Qol.Az-ın "The Mirror" qəzetinə istinadən verdiyi məlumata görə, Bakari Sanyanın klubdan ayrılmasından sonra baş məşqçi Arsen Venger müdafiə mövqeyini gücləndirmək üçün 29 yaşlı futbolçunun transfer olunmasını istəyib. 

Bunun üçün La Liqa təmsilçisinə 9 milyon avro təklif edən "Arsenal" istəyinə nail ola bilməyib. Madrid təmsilçisi bu təklifi müsbət cavablandırmayıb.

Qeyd edək ki, Xuanfranın "Atletiko" ilə 2017-ci ilə qədər müqaviləsi var.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb