"Atletiko"da ciddi itkilər

15:00 | 09.04.2014
"Atletiko"da ciddi itkilər

"Atletiko"da ciddi itkilər

Bu gün Çempionlar Liqasının 1/4 finalının cavab qarşılaşmasında "Barselona" ilə qarşılaşacaq "Atletiko"nun heyətində ciddi itkilər var.

Qol.Az-ın məlumatına görə, komandanın aparıcı futbolçularından olan Dieqo Kosta və Arda Turanın bugünkü qarşılaşmada iştirak edə bilməyəcəyi dəqiqləşib. Zədədən əziyyət çəkən hər iki futbolçu dünən baş tutan məşqdə iştirak edə bilməyib.Baş məşqçi Dieqo Simeone Kostanın əvəzinə Adriana şans verəcəyini bildirib: "Adrian yaxşı formadadır. Mövsümün əvvəllərində komandaya çox fayda verib. Əminəm ki, sabah çox yaxşı oyun nümayiş etdirəcək və qol vuracaq".Qeyd edək ki, "Ateltiko" - "Barselona" matçı bu gün saat 23:45-d başlayacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti